Ötən ilin yayında Rusiyanın məşhur II Dünya Müharibəsi abidəsi olan “Vətən çağırır”la çəkdirdiyi videonu Rusiyada yasaqlanmış “Instagram”a yüklədikdən sonra barəsində həbs qərarı çıxarılan bloger Alyona Aqafonova Moskvada saxlanılıb.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, videoya verilən reaksiyalardan sonra ölkəni tərk edən Aqafonova ötən gün Rusiyaya qayıtdıqdan sonra hava limanında saxlanılıb. Əslən Samaradan olan 23 yaşlı qadın “hərbi şöhrət simvolunu təhqir etməklə nasizmə etimad qazandırmaqda” ittihamlanır.
“Kommersant” yazır ki, məhkəmə üçün Volqoqrada aparılan gənc qadın üzr istəyib.
Aqafonova sözügedən videonu heykəlin “sinəsini tıqqıldadır” təəssüratı yaradan bucaqdan çəkib.
Digər tərəfdən, Rusiya mətbuatı Başqırdıstandan olan Rəsul Ahiyarətdinov adlı şəxsin heykəlin “övrətini örtmək” üçün Vladimir Putinə müraciət etdiyini yazır.